ain.az, Azvision portalına istinadən məlumat yayır.
Hesabatda bildirilir ki, İraq, Suriya və Sudan milli imtahan dövrlərində internetin dayandırılması praktikasını bu il də davam etdirib. Suriyada rəsmilər bu addımı “mütəşəkkil imtahan saxtakarlığı şəbəkələrinə qarşı tədbir” kimi əsaslandırıblar. Venesuelada isə SuperCable provayderinin lisenziyasının ləğv edilməsi nəticəsində avqustun ortalarında minlərlə istifadəçi internetdən məhrum olub. Cloudflare bu halları qısa müddətli və lokal xarakterli dövlət məhdudiyyətləri kimi qiymətləndirir. ABŞ-ın Texas ştatında təsadüfi atılan güllə fiber-optik xətti zədələyib və bu, Spectrum istifadəçiləri üçün iki saatlıq kəsintiyə səbəb olub. Dominikan Respublikası və Anqolada aparılan tikinti işləri zamanı kabellərin qırılması internetin saatlarla dayanmasına gətirib çıxarıb. Pakistan, Haiti və Birləşmiş Ərəb Əmirliklərində isə Qırmızı dənizdə eyni vaxtda baş verən kabel qırılmaları ölkələrarası internet trafikinə ciddi zərbə vurub. Təbii hadisələr də rüb ərzində qlobal internet sabitliyinə təsir göstərib. Misirdə Ramses Mərkəzi Telekommunikasiya Qovşağında baş verən yanğın Vodafone və Orange daxil olmaqla bir sıra iri provayderlərin xidmətini dayandırıb. Rusiyanın Kamçatka yarımadasında qeydə alınan 8,8 bal gücündə zəlzələ regional internet trafikinin demək olar ki, dərhal çökməsinə səbəb olub. Bundan əlavə, Starlink iyulun 24-də əsas şəbəkəni idarə edən kritik proqram təminatında nasazlıq səbəbilə qlobal kəsinti yaşandığını açıqlayıb. Cloudflare bildirir ki, hesabat tam siyahı xarakteri daşımır, lakin nəticə aydındır: qlobal internet infrastrukturu geniş miqyaslı və texnoloji baxımdan inkişaf etmiş olsa da, hələ də son dərəcə həssasdır və həm siyasi qərarlardan, həm də fiziki risklərdən asılı vəziyyətdə qalır. M.Həsənli
AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.