RU

Təyyarə qəzasında həlak olanların yaxınları Aktauya getdilər

Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olan heyət üzvlərinin yaxınları Aktau şəhərinə gedib.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a Milli Qəhraman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib.

Dəhşətli qəzanın ildönümü ərəfəsində Aktauda qəza yerini ziyarət edənlər arasında milli qəhramanlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun yaxınları, o cümlədən hadisədə həlak olan bir neçə sərnişinin ailə üzvləri də olub.

"Ziyarətin təşkili üçün ölkəmizin Qazaxıstandakı konsulluğuna, AZAL-ın heyətinə təşəkkür edirik. İnşallah cənab prezidentin qətiyyəti sayəsində bu cinayətdə əli olanlar cəzalandırılacaq, ədalət bərqarar olacaq. Bizim yaramıza cinayətkar öz cəzasını tapanda su səpiləcək. Qazaxıstanda yaşayan soydaşlarımıza da dəstək üçün təşəkkür edirəm", - deyə C. Nəsibli bildirib.

Избранный
80
5
publika.az

6Источники