RU

İmran Xan və həyat yoldaşına 17 il həbs cəzası verildi

Pakistan məhkəməsi artıq həbsdə olan ölkənin sabiq baş naziri, “Ədalət Hərəkatı” partiyasının lideri İmran Xana korrupsiya işi üzrə əlavə 17 il həbs cəzası verib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, onun həyat yoldaşı Büşra Bibi də 17 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə qərarında qeyd olunub ki, hökm çıxarılarkən Xanın yaşlılığı və həyat yoldaşının cinsi nəzərə alınıb və bu da daha yüngül cəzaya səbəb olub.

İstintaq müəyyən edib ki, 2021-ci ilin mayında Xan vəzifəsindən istifadə edərək Səudiyyə Ərəbistanı hökumətindən qızıl-zinət əşyaları hədiyyə alıb, onları dövlət anbarına təhvil verməyib və faktiki dəyərindən təxminən 14 dəfə aşağı qiymət ödəyib.

Məhkəmə onu vəzifə səlahiyyətlərini pozmaq da daxil olmaqla bir neçə maddə üzrə günahkar bilib və cərimə kəsib; cərimə ödənilməzsə, həbs müddəti artırılacaq.

“Ədalət Hərəkatı” partiyası yeni hökmü qınayaraq, onun etibarlı sübutlara əsaslanmadığını bəyan edib.

Избранный
78
50
publika.az

10Источники