RU

Mbappe sabiq klubuna qalib gəldi

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Kilian Mbappe ilə sabiq klubu arasında uzun sürən məhkəmə prosesinə son qoyulub. Hazırda “Real”da çıxış edən ulduz futbolçu PSJ-yə qalib gəlib.“RMC Sport”un məlumatına görə, məhkəmə Fransa klubunun Kiliana 61 milyon avro ödəməsinə qərar verib. Qərar yekdilliklə qəbul olunub və hökm dərhal icra edilməlidi. Xatırladaq ki, bu ilin noyabrında Mbappenin PSJ-dən 263 milyon avro təzminat tələb etdiyi haqda xəbər yayılmışdı. Bu məbləğə hücumçunun müqaviləsinin müddəti başa çatandan sonra ona ödənilməmiş maaşı və bonusları, həmçinin komandadakı müalicəsi üçün kompensasiya daxildi. PSJ məhkəmənin qərarına münasibət bildirib. Fransa klubunun məlumatında qərarın icra ediləcəyi, lakin apellyasiya şikayəti vermək hüququnun saxlanıldığı bildirilib. Bununla yanaşı, PSJ rəhbərliyi həmişə vicdanla və dürüst davrandığını, bundan sonra da bu şəkildə davam edəcəyini vurğulayaraq futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
1
icma.az

2Источники