- ABŞ ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq Azərbaycana nə qazandıracaq? - ABŞ ilə kibertəhlükəsizlik əməkdaşlığı dövlət məlumatlarının qorunması, bulud mühitində təhlükəsizlik və risklərin idarə olunması sahəsində institusional imkanları gücləndirir. “AWS” və müvafiq dövlət qurumları ilə müzakirələr beynəlxalq standartların tətbiqinə və təhlükəsizlik idarəetmə modellərinin təkmilləşdirilməsinə imkan yaradır. Bu tərəfdaşlıq eyni zamanda kadr hazırlığını və insidentlərə operativ reaksiya imkanlarını gücləndirərək milli kibertəhlükəsizlik ekosisteminin dayanıqlığını artırır. - AMD ilə AI mərkəzlərinin yaradılması region üçün hansı imkanlar açır? - “AMD” ilə süni intellekt mərkəzlərinin yaradılması Azərbaycanın regional rəqəmsal mərkəz kimi mövqeyini gücləndirir. Bu mərkəzlər yüksək hesablama gücü əsasında tədqiqat, təhsil və tətbiqi həllərin eyni platformada birləşməsinə imkan verir. Nəticədə, startaplar, tədqiqatçılar və dövlət qurumları üçün innovativ məhsulların hazırlanması və miqyaslandırılması üçün real ekosistem formalaşır. - OpenAI ilə əməkdaşlıq Azərbaycan üçün hansı yeniliklərə səbəb olacaq? - “OpenAI” ilə əməkdaşlıq Azərbaycanın süni intellekt sahəsində istehlakçı deyil, yaradıcı tərəfdaş kimi mövqelənməsinə imkan verir. Bu çərçivədə suveren Sİ nfrastrukturu, lokal tələblərə uyğunlaşdırılmış həllər və birgə tədqiqat təşəbbüsləri həyata keçirilə bilər. Təhsil və kadr hazırlığı komponenti isə yeni nəsil Sİ liderləri və mühəndislərin formalaşmasına beynəlxalq səviyyəli imkanlar yaradır.
- ABŞ şirkətləri ilə birgə layihələr regional rəqəmsal mərkəz olmağımıza necə təsir edəcək? - ABŞ şirkətləri ilə əməkdaşlıq qabaqcıl texnologiyaların, beynəlxalq standartların və institusional modellərin ölkəyə transferini sürətləndirir. Bu tərəfdaşlıqlar Azərbaycanı regional miqyasda etibarlı texnoloji platforma kimi mövqeləndirir. Normativ-hüquqi bazanın genişləndirilməsi isə bu təşəbbüslərin uzunmüddətli və dayanıqlı icrasını təmin edir. - Bu görüşlərin nəticələrini nə zamandan görəcəyik? - Nəticələr artıq qısa müddətdə özünü göstərməkdədir. Stanford ilə aparılan strateji müzakirələrin praktik nəticəsi kimi Bakıda dövlət rəhbərləri üçün “Süni intellekt liderliyi” təliminə start verilib. Orta və uzunmüddətli perspektivdə isə bu təşəbbüslər dövlət idarəçiliyində sistemli innovasiya, effektivlik və məsuliyyətli süni intellekt inteqrasiyası ilə nəticələnəcək. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub. .jpg)