RU

Təcili tibbi yardım xidmətinin rəqəmsallaşdırılması üçün platforma yaradılır

Bakı, 19 dekabr, AZƏRTAC

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılması təcili tibbi xidmətlərin keyfiyyətinin və operativliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Layihə çərçivəsində çağırışların qəbulu, yönləndirilməsi və briqadaların idarə olunması üçün vahid elektron platforma yaradılması üzrə işlərə başlanılıb

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.

İcraçı direktor qeyd edib ki, həmçinin GPS əsaslı izləmə mexanizmləri, xəritə üzərindən real vaxt idarəetmə, briqadaların yüklülüyünün avtomatik hesablanması və operativ marşrutlaşdırma kimi imkanların tətbiqi ilə bağlı funksionallıqların yaradılması üzrə işlər hazırda davam etdirilir: "Məlumat axınının tam elektronlaşdırılması gələcəkdə həm çağrışların emal sürətini artırmağa, həm də xidmətin şəffaflığının yüksəldilməsinə gətirib çıxaracaq. Bu rəqəmsal sistem təcili tibbi yardıma olan çağırışlara daha çevik reaksiya verilməsinə imkan yaradaraq institusional idarəetməni müasir standartlara uyğunlaşdırmaqda mühüm rol oynayacaq”.

Избранный
79
5
azertag.az

7Источники