Salyanda ağır yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “VAZ” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub.
Bildirilib ki, Z.İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb.
Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib (Unikal).
***
Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkəndi kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.
Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.




