RU

“Sumqayıt”ın qış planı - Burada qalmayacaqlar, gedəcəklər

“Sumqayıt”ın qış hazırlıq planları bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Belə ki, Saşa İliçin yetirmələri dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komanda yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dan 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “Sumqayıt” klubu bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Klub 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

Избранный
73
50
sportinfo.az

10Источники