RU

İtaliyanın şimalında 200 milyon il öncə yaşamış dinozorlara aid minlərlə ayaq izi tapılıb

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliyanın şimalındakı Stelvio Milli Parkında 200 milyon ildən qədim olduğu təxmin edilən minlərlə dinozor ayaq izi tapıldığı bildirilib.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, sentyabr ayında bir təbiət fotoqraflığının Stelvio Milli Parkında etdiyi kəşf, bu gün keçirilən mətbuat konfransında ilk dəfə ictimaiyyətlə paylaşılıb.

Fotoqrafın tapıntısı əsasında aparılan araşdırmalara görə, parkda yerləşən dik yamaclarda minlərlə dinozor ayaq izi aşkar edilib. Bu izlərin yüzlərlə metr boyunca uzandığı və 200 milyon ildən əvvəlki dövrə aid olduğu güman edilir.

Yüksək hündürlükdə olmalarına baxmayaraq, yaxşı qorunmuş bu qalıqlarda dinozorların barmaq və dırnaq izləri də açıq şəkildə görünür.

İlkin fotoşəkil analizlərinə əsasən, bu izlərin Geç Triyas dövründə yaşamış, uzun boyunlu və kiçik başlı ot yeyən “prosauropod” növü dinozorlara aid ola biləcəyi bildirilir.

İtaliyanın Milan şəhərindəki Təbiət Tarixi Muzeyi və Bergamo Universiteti, bu izlərin tapıldığı sahəni "Avropada Triyas dövrünə aid rastlanan ən əhəmiyyətli fosil yatağı" olaraq dəyərləndiriblər.

Əraziyə piyada getmək mümkün olmadığından, izlərin daha ətraflı araşdırılması üçün pilotsuz uçuş aparatı və uzaqdan ölçmə texnologiyalarından istifadə olunacağı qeyd edilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
135
30
bizimyol.info

10Источники