Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar.aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI səfirlər konfransında bildirib.“Azərbaycanla dialoq apararkən, eyni zamanda, Ermənistanla normallaşma prosesini də irəlilədirik”, - Türkiyə Prezidenti qeyd edib.Türkiyə Prezidenti onu da bildirib ki, bu istiqamətdə gələn ilin əvvəlindən etibarən bir neçə simvolik addım atacaqlar.aia.az