RU

Məşhur kinorejissor milyarderlərin sırasına qoşulub

ain.az bildirir, Reyting.az portalına istinadən.

Hollivudun kino ulduzu, məşhur "Terminator", "Titanik" və "Avatar" kimi filmlərin müəllifi, kinorejissor, ssenarist Ceyms Kemeron adı rəsmi şəkildə milyarderlərin siyahısına yazılıb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı "Forbes" jurnalı yayıb.

Kemeron ABŞ dolları ilə topladığı kapitalın sayəsində milyarderə çevrilib.

Qeyd olunur ki, onun sərvəti sürətlə artıb və hazırda 1,1 milyard ABŞ dollarıdır.

Nəşr daha sonra bu zəngin rejissorun yaradıcılığından bəhs edib. Kemeron kino karyerasına 1980-ci illərdə fantastik janrda lentə aldığı "Terminator" və "Yadplanetli" filmləri ilə başlayıb. Kinorejissor ona böyük uğur gətirən bu filmlərlə məşhurlaşdıqdan sonra onun layihələri dünya üzrə kassalarda ümumilikdə 9 milyard dollar gəlir əldə edib.

Onu da qeyd edək ki, bundan əvvəl Hollivud rejissorları arasında milyarder statusunu Corc Lukas, Stiven Spilberq və Piter Cekson kimi məşhur amerikalılar qazanıb.

Xatırladaq ki, Hollivud kino sənayesinin ən tanınmış simalarından biri, dünya şöhrətli rejissor, ssenarist, prodüser, yazıçı Ceyms Kemeronun yeni lentə aldığı "Avatar: alov və kül", "Avatar" silsiləsindən üçüncü film bu həftə dünya kinoteatrlarında nümayişə çıxarılacaq.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
117
reyting.az

1Источники