RU

Metro çıxışında böyük monitor quraşdırılmasının səbəbi açıqlandı - RƏSMİ

Bakı Metropoliteninin "Gənclik" stansiyasının çıxışında böyük monitor quraşdırılmasının səbəbi açıqlanıb.

"Bakı metropoliteni" QSC-dən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki,  bu, futbol oyunları ilə əlaqədardır:

“Gənclik” stansiyasının çıxışında quraşdırılmış monitor Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən futbol oyunları və digər kütləvi tədbirlərdən qayıdan sərnişinlərin platformadakı vəziyyətə uyğun rahat şəkildə stansiyaya daxil ola bilmələrini təmin etmək məqsədilə quraşdırılıb", - deyə cavabda bildirilir.

Qeyd edək ki, monitorda metropolitenin stansiyası daxilində yerləşən müşahidə kameralarının görüntüləri əks olunub.

Monitora nəzər saldıqda perronda sərnişinlərin hərəkəti və stansiya ərazisini açıq şəkildə görmək mümkündür.

Billurə

Избранный
40
49
olke.az

10Источники