Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib. Onun sözlərinə görə, 2025-ci ilin 11 ayını əhatə edən statistik göstəricilər əvvəlki dövrlə müqayisədə artım olduğunu göstərir.
Belə ki, 2024-cü ilin 11 ayı ərzində zorakılığa məruz qalanlar arasında qadınlar üstünlük təşkil edib. Bu dövrdə 478 qadın, 384 uşaq və 42 kişi zorakılıq halları üzrə qeydiyyata alınıb. 2025-ci ilin 11 ayında 493 qadın, 466 uşaq və 74 kişi zorakılığa məruz qalan şəxslər kimi qeydə alınıb.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта