RU

"Volkswagen" yeni "Polo" modelinin xüsusiyyətlərini açıqlayıb

"Volkswagen ID". yeni "Polo" modelinin dünya premyerasını 2026-cı ilin yazında keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Bu model markanın kompakt sinifdə təqdim edəcəyi dörd yeni elektrik avtomobilindən birincisi olacaq.

Alman şirkəti yeni avtomobillə bağlı əlavə məlumatlar verib və kamuflyajlı modelin yol sınaqlarından fotolarını paylaşıb. "Volkswagen"in baş direktoru Tomas Şefer bildirib ki, yeni “Polo”nun qiyməti 25 min avrodan başlayacaq.

Избранный
49
ikisahil.az

1Источники