RU

Parisdəki Luvr Muzeyi bağlandı: İşçilər tətilə başladı

Parisdə yerləşən və dünyanın ən məşhur muzeylərindən biri sayılan Luvr Muzeyi işçilərin tətili səbəbindən bazar ertəsi ziyarətçilər üçün bağlanıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, tətil muzeydə uzun müddətdir davam edən bir sıra problemlərə etiraz olaraq təşkil olunub. İşçilər kadr çatışmazlığı, illərdir təxirə salınan bərpa işləri və Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn ziyarətçilər üçün bilet qiymətlərinin artırılması planlarına qarşı çıxırlar.

Dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr son aylarda müxtəlif böhranlarla üzləşib. Belə ki, muzeydə daş-qaş oğurluğu, su sızması halları və qalereyaların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaranıb. Oktyabrın 19-da gündüz saatlarında baş verən quldurluq zamanı 88 milyon avro dəyərində fransız kral zinət əşyalarının oğurlandığı bildirilib.

//Gülnarə Abasova, Editor.az

Избранный
86
editor.az

1Источники