RU

“Ən yaxşı tələbə filmi” nominasiyasında Məhkəmə qalib oldu

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinin diplom işi kimi istehsal edilən “Məhkəmə” qısametrajlı bədii filmi Bakı Beynəlxalq Film Festivalının “Ən yaxşı tələbə filmi” nominasiyasında qalib olub.

Kulis.az xəbər verir ki, layihənin bədii rəhbəri rejissor, AKİ-nin İdarə Heyətinin üzvü Rövşən İsaxdır. Filmin quruluşçu rejissoru Orxan Babayev, ssenaristləri Fidan Maqbet, Çinarə Əlişli, Mirhafiz Həsənov, Orxan Babayev, rejissor assistenti Səbinə Cəfərova, quruluşçu rəssamı Toğrul Məstəlizadə, geyim rəssamı və qrim, Ləman Ağayeva, rejissor qrupu Mirhafiz Həsənov, Elvin Abdullayev, İzzətxanım Cabarlı, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Hüseyn Vəliyevdir.

Rejissor ssenarisinin yazılması, storibordun çəkilməsi, məkana baxış və onun çəkilişə hazırlanması və filmdən əvvəlki bütün hazırlıq işləri layihənin Qəbələ mərhələsində reallaşıb.

Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlandı

Nəriman Həsənzadənin son vəziyyəti

Xalq yazıçısı Çingiz Abdullayev: "Böyük Qayıdış qürur doğurur" - VİDEO

Rollarda Əməkdar artistlər İlqar Cahangir, İlham Hüseynov və Rus Dram Teatrının aktyoru Elşad Süleyman çəkiliblər. Kino istehsalı layihəsinin özəlliyi ondan ibarətdir ki, çəkiliş qrupunun əsasını gənc istedadlar təşkil edib.

Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlandı

Nəriman Həsənzadənin son vəziyyəti

Xalq yazıçısı Çingiz Abdullayev: "Böyük Qayıdış qürur doğurur" - VİDEO

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
2
kulis.az

3Источники