RU

Sidney çimərliyində bayram zamanı atışma: 16 ölü, onlarla yaralı - VİDEO

İlkin məlumatlara görə, hücum edən iki nəfər olub: 50 yaşlı ata zərərsizləşdirilib, 24 yaşlı oğlu isə yaralanıb.

QHT.az xəbər verir ki, Sidneydə Hanuka bayramının keçirildiyi çimərlikdə atışma baş verib. Təxminən min nəfərin iştirak etdiyi tədbirdə baş verən hücum nəticəsində 16 nəfər ölüb, 40 nəfər yaralanıb, yaralananlar arasında 4 uşaq var. Bəzilərinin vəziyyəti ağırdır. Polis hadisəni Sidney yəhudi icmasına qarşı terror hücumu kimi qiymətləndirib. Hücum edənlərin ata və oğul olduğu bildirilib. Avtomobildə yerləşdirilmiş partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Hadisə zamanı yoldan keçən 43 yaşlı mağaza sahibi Əhməd əl-Əhməd atıcılardan birini zərərsizləşdirib, lakin özü də yaralanıb. Yeni Cənubi Uelsin baş naziri Kris Minns onu “əsl qəhrəman” adlandırıb və bildirib ki, onun cəsarəti sayəsində çoxlu insanın həyatı xilas olunub.

R.İmanov

Избранный
157
qht.az

1Источники