RU

Norveç dünya çempionatının qalibi oldu

Norveç qadın həndbol millisi 2025-ci il dünya çempionatının qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, sözügedən komanda finalda Almaniyanı 23:20 (11:11) hesabı ilə məğlub edərək qızıl medalı qazanıb. 

Üçüncü yer uğrunda matçda Fransa və Niderland komandaları üz-üzə gəlib. Overtime-dan sonra Fransız yığması 33:31 hesabı ilə qalib olub.

Qeyd edək ki, turnir Niderland və Almaniyanın şəhərlərində keçirilib.

Xatırladaq ki, 2023-cü il dünya çempionatının qalibi Fransa komandası olmuş, həmin vaxt finalda Norveçi məğlub etmişdi. Bu dəfə fransızlar titulunu qoruyamayıb. 

Избранный
50
90deqiqe.az

1Источники