RU

Starmer və Makron Sidneydəki terror aktı ilə bağlı Avstraliyaya başsağlığı verdi

BAKI, 14 dekabr. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron Avstraliyanın Sidney şəhərində baş verən terror aktı ilə əlaqədar Avstraliya xalqına və zərərçəkənlərin ailələrinə başsağlığı veriblər.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya və Fransa liderləri “X” sosial şəbəkəsindəki rəsmi paylaşımlarında bildiriblər.

Kir Starmer paylaşımında bildirib ki, "Bondi Beach"də Hanuka tədbiri zamanı yəhudi ailələrinə qarşı törədilən hücum onu dərin şəkildə sarsıdıb:

“Bondi Beach"də baş verən hücumla bağlı xəbərlər son dərəcə sarsıdıcıdır. Böyük Britaniya hər zaman Avstraliya və yəhudi icması ilə həmrəy olacaq”, –o qeyd edib.

Starmer əlavə edib ki, Böyük Britaniya hökuməti ölkə ərazisində dini tədbirlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yəhudi icmasının təhlükəsizlik təşkilatı olan CST ilə əməkdaşlığı gücləndirib.

Fransa Prezidenti Emmanuel Makron da hadisə ilə bağlı Avstraliya xalqına dəstək ifadə edib. O bildirib ki, Sidneydə Hanukanı qeyd etmək üçün bir araya gəlmiş ailələr nifrət zəminində törədilən hücumun hədəfinə çevrilib:

"Biz Avstraliya xalqının ağrısını bölüşürük və harada baş verməsindən asılı olmayaraq nifrət və zorakılığa qarşı mübarizəni davam etdirəcəyik", –Makron vurğulayıb.

Избранный
72
teleqraf.com

1Источники