"Zirə"nin futbolçusu Rikardo Martins Afrika Millətlər Kubokunda iştirak etmək üçün Mozambik millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, məlumatı Bakı klubunun mətbuat xidməti yayıb.
Bu səbəbdən Martins Misli Premyer Liqasının XV turunda "İmişli"yə qarşı matçda iştirak edə bilməyəcək.
Yarımmüdafiəçi sabah yığmanın düşərgəsinə qoşulacaq.