RU

Mədəniyyət naziri BMT nin UNAOC Qlobal Forumunda iştirak edib

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən təşkil olunan 11-ci Qlobal Forumda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda səfərdədir.Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirib ki, Forum mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və davamlı sülhün dəstəklənməsi məsələlərinə həsr olunub. Tədbirdə müxtəlif ölkələrdən dövlət və hökumət qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.Forum çərçivəsində mədəni diplomatiya və multikulturalizm mövzuları üzrə müzakirələr aparılacaq.Nazir Adil Kərimlinin bir sıra ikitərəfli görüşlər keçirməsi və Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüslər barədə qarşı tərəfləri məlumatlandırması nəzərdə tutulur.Forum işini dekabrın 15-dək davam etdrəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
12
demokrat.az

10Источники