RU

Bakıda "16-cı NATO günləri" keçirilib

NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda "16-cı NATO günləri" keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, səfərin məqsədi Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, tərəfdaşlıq proqramları üzrə öhdəliklərin icrası və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub.

 

Səfər çərçivəsində nümayəndə heyəti ilə Müdafiə Nazirliyində, Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin tərkibində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) üzrə bəyan edilmiş bölmələrinin olduğu hərbi hissələrdə görüşlər keçirilib.

 

Tədbirlərdə bildirilib ki, Azərbaycan–NATO əməkdaşlığı çərçivəsində ölkə beynəlxalq təhlükəsizliyin təminatında fəal iştirak edib. Azərbaycan Ordusunun şəxsi heyətinin sülhməramlı missiyalardakı fəaliyyəti qlobal təhlükəsizliyə dəyərli töhfə kimi qiymətləndirilib. Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramında fəal iştirakı, eləcə də ƏİK proqramı çərçivəsində əldə etdiyi nailiyyətlər də diqqətə çatdırılıb.

 

Görüşlərdə hərbi təhsil və təlim sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan zabitlərinin NATO təlimləri və qərargahlarında iştiraklarının onların əməliyyat, idarəetmə və hərbi elmi biliklərinin zənginləşməsində faydalı olduğu qeyd edilib. Nümayəndə heyəti üçün müxtəlif brifinqlər və dəyirmi masa müzakirələri təşkil olunub.


Избранный
46
36
senzor.az

10Источники