Bakı. Trend:
Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmiraşəhəri yaxınlığında iki ABŞ əsgəri və bir amerikalı mülki tərcüməçiöldürülüb.
Trend xəbər verirki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell X sosialşəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ hərbçiləri bölgədə İŞİD terrorqruplaşmasına qarşı əməliyyatlara dəstək göstərirdilər.
Pentaqonun sözçüsü hadisə ilə bağlı əlavə detallar açıqlamayıb,lakin insident üzrə istintaqın aparıldığını bildirib.
ABŞ-ın müdafiə naziri Pit Heqset də X platformasında paylaşımedərək qeyd edib ki, hücumu həyata keçirən şəxs tərəfdaş qüvvələrtərəfindən zərərsizləşdirilib. O vurğulayıb ki, dünyanın istənilənyerində amerikalılara hücum edənlər bilməlidirlər: ABŞ onları təqibedəcək, tapacaq və amansızcasına məhv edəcək.