RU

ABŞ ordusu Suriyada İTKİ VERDİ

ABŞ Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu və bir mülki tərcüməçi Suriyanın Palmira şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı daha üç nəfər yaralanıb.

Hərbi qurumun nümayəndəsi həmçinin bildirib ki, hücum əsgərlərin əsas liderlərdən birinə qarşı apardıqları əməliyyat zamanı edilib.

“Onların missiyası regionda İŞİD və terrorizmlə mübarizə üzrə davam edən əməliyyatlara dəstək verməkdən ibarət idi”, – deyə o əlavə edib.

Избранный
97
publika.az

1Источники