RU

Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üzrə məhdud razılaşma təklif edir

Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üzrə məhdud razılaşma təklif edir

Türkiyə Ukrayna münaqişəsinin tərəflərinə, genişmiqyaslı sülh sazişi üzrə razılıq əldə olunana qədər, enerji obyektlərinə zərbələrin endirilməməsi və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan məhdud razılaşma bağlamağı təklif edir.

AFN.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Nazirin sözlərinə görə, tam atəşkəs və yekun sülh sazişi olmadığı şəraitdə, tərəflər arasında ən azı enerji infrastrukturu və dəniz nəqliyyatı ilə bağlı məhdud razılaşma mümkün ola bilər.

Fidan xatırladıb ki, 2022-ci ildə imzalanmış taxıl sazişi də eyni məntiqə əsaslanırdı. Həmin razılaşma sayəsində yalnız taxıl daşıyan gəmilər deyil, ümumilikdə kommersiya gəmiləri Qara dənizdə naviqasiya blokadasından yayınmışdı.

Qeyd edək ki, 22 iyul 2022-ci ildə İstanbulda imzalanan taxıl sazişi 17 iyul 2023-cü ildə qüvvədən düşüb.

Türkiyənin XİN rəhbəri həmçinin Qara dənizdə kommersiya gəmisinə yeni hücumun baş verdiyini, lakin insidentin ciddi nəticələrə səbəb olmadığını açıqlayıb.

Türkiyə Müdafiə Nazirliyi isə daha əvvəl ölkənin müstəsna iqtisadi zonasında mülki gəmilərə qarşı təhdidlərin qarşısının alınması üçün zəruri tədbirlərin görüldüyünü bəyan etmişdi.

Избранный
28
afn.az

1Источники