RU

Kamboca-Tailand sərhədi bağlanıb, münaqişə davam edir

Bakı. Trend:

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhədkeçid məntəqələrini bağlayıb.

Trend-inməlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanatyayıb.

Nazirlik qərarın "sərhəddə Tailand tərəfinin Kambocanınsuverenliyinə qarşı təcavüz aktları törətdiyi son hadisələrfonunda" qəbul edildiyini bildirib. Məhdudiyyət dekabrın 13-dənqüvvəyə minib və qeyri-müəyyən müddətə davam edəcək.

Qeyd olunur ki, ötən həftəsonu Tailand və Kambocanın sərhədbölgələrində döyüşlər yenidən başlayıb. Son məlumatlara görə,Tailand tərəfi sərhəddəki qarşıdurmalar zamanı 14 hərbçisini itiribvə 120-dən çox şəxsi yaralanıb. Kamboca hakimiyyəti isə 11 nəfərinöldüyünü və 74 nəfərin yaralandığını açıqlayıb.

Döyüşlər səbəbindən Taylandın sərhəd əyalətlərində təxminən400.000 sakin təxliyə olunub, Kambocada isə 300.000-dən çox insanevlərini tərk etmək məcburiyyətində qalıb.

Избранный
44
6
az.trend.az

7Источники