RU

Türkiyə Azərbaycan parlamentlərarası dostluq qrupu TBMM dəki ən fəal dostluq qrupudur Video

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu parlamentimizdəki ən fəal dostluq qrupudur. Xüsusilə, Qarabağ müharibəsi zamanı universitetlər də daxil olmaqla, hər platformada Azərbaycan ərazisi üzrə məsələni müzakirə etmək üçün görüşlər keçirdik. Bunu həm daxildə, həm də xaricdəki hər platformada izah etdik. Bu, əhəmiyyətli bir məqamdır. Əlbəttə ki, Qarabağ müharibəsindən sonra bir milyondan çox insan o torpağa qayıtmalı idi. Qayıtmaq üçün onların torpaqlarında işləməli idik. Çünki ermənilər illərdir o torpaqlarda heç nə etməmişdi. Mina təmizləmək, həmçinin yollar, hava limanları, ağıllı şəhərlər və ağıllı kəndlər tikmək kimi heç bir iş görməyiblər. Bütün bu prosesdə Türkiyə şirkətləri orada iştirak edir və Qarabağda müxtəlif layihələri dəstəkləyir. Allaha şükür ki, bu proseslər davam edir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım danışıb.

Şamil Ayrım / Foto: Orxan, Bizimyol.info

“Dostluq qrupunun sədr müavini, Konya millət vəkili Orhan Erdem təhsil sahəsində təcrübə sahibi həmkarımızdır. Türkiyə ilə Azərbaycan arasında təhsildəki problemlərdən Türkiyə ilə Azərbaycan arasında ortaq universitetinin və Azərbaycanın Türkiyədə yeni məktəblərinin açılmasına qədər bütün bu məsələləri müzakirə edirik.

Komissiya olaraq vəzifəyə başlayanda çox vacib bir məsələ qaldırdıq və Allaha şükür ki, bunu yekunlaşdırdıq.  2015-ci ildən əvvəl Türkiyəyə gələn Azərbaycan vətəndaşlarına müddətsiz yaşayış icazəsi verildi, bunun müqabilində Azərbaycan hökuməti onlara pasport və şəxsiyyət vəsiqəsi verdi. 1990-cı illərdə gələn - bəziləri şəxsiyyət vəsiqələrini itirmiş, pasportlarını itirmiş və ya burada yaşayarkən maddi imkanları olmayan - uşaq sahibi Azərbaycan vətəndaşlarıdır. Təhsil və iş icazələri də daxil olmaqla, müxtəlif problemlər ortaya çıxırdı. Biz bu məsələni kökündən həll etdik. 2015-ci ildən Türkiyəyə gələnlərə uzunmüddətli yaşamaq icazəsi verildi və Azərbaycan höküməti də onlara şəxsiyyət vəsiqəsi verdi. Bu proses davam edir. Bu, yaxşı bir nəticədir”.

Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım “Türksoylu” sənədindən də söz açaraq bildirib ki, bu sənəd də vətəndaşların ehtiyaclarının həll edilməsi istiqamətində böyük əhəmiyyət daşıyır.

Orxan Musa - İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
63
bizimyol.info

1Источники