RU

Zelenski Rusiyaya qarşı bu fərmanı imzaladı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə minmiş hesab edən fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, sənəd Rusiya Federasiyasının “kölgə donanması”na daxil olduğu bildirilən 656 gəminin sanksiya siyahısına salınmasını nəzərdə tutur.

Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, Rusiya kölgə donanmasına qarşı indiyədək tətbiq edilmiş ən böyük sanksiya paketidir.

Qara, Qırmızı və Baltik dənizlərində aparılan monitorinqin nəticələrinə görə, adıçəkilən gəmilər Avropa İttifaqı, G7 və digər ölkələrin sanksiyalarını pozmaq məqsədilə istifadə olunub. Onların vasitəsilə neft, neft məhsulları və maye qazın ixracı həyata keçirilib. İddiaya görə, bu gəmilərin sahibləri və heyəti avtomatik identifikasiya sistemini söndürür, eləcə də mülkiyyət və yükün mənşəyini gizlədən sxemlərdən istifadə ediblər.

Sanksiya tətbiq olunan gəmilər 50-dən çox ölkənin bayrağı altında üzürmüş, ən çox rast gəlinənlər isə Qambiya, Syerra-Leone, Panama və Kamerun olub. Ukrayna bu ölkələrə müvafiq məlumatları təqdim etməyi və həmin gəmilərə lisenziya verilməsinin qarşısını almağı planlaşdırır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
globalinfo.az

1Источники