RU

“Neftçi”də öz həmyerlisinə güvənmək istəyir

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub həmyerlisini komandada saxlaya bilər.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Andrey Ştoqrindən gedir. Ukraynalı mütəxəssis futbolçuya şans vermək istəyir. Ancaq hər şey oyunçunun özünü göstərməsindən asılıdır.

Cari mövsüm “Neftçi” forması ilə heç bir oyuna çıxmayan hücumçunun komandadan göndəriləcəyi gözlənilirdi. Ancaq Vernidubun gəlişindən sonra vəziyyət dəyişə bilər.

Əgər Ştoqrin qarşıdakı dönəmdə özünü yaxşı tərəfdən göstərə bilsə, yenidən əsas forma şansı qazanacaq.

Xatırladaq ki, 27 yaşlı futbolçu bu günə qədər “Neftçi” forması ilə bütün turnirlərdə 68 oyuna çıxıb və 8 qol, 5 assitlə yadda qalıb. Onun 2027-ci ilə qədər komanda ilə müqaviləsi var.

 

 

Избранный
61
idmanxeber.az

1Источники