RU

17 ildən sonra evləndilər - 4 uşaqları var - FOTO

Konor Makqreqor 17 illik münasibətdən sonra evlənib.

Milli.Az xəbər verir ki, İrlandiyalı MMA döyüşçüsü 37 yaşlı Konor Makqreqor 38 yaşlı sevgilisi Di Devlin ilə evlənib. Nikah mərasimi 12 dekabr tarixində Vatikanın ən qədim kilsələrindən birində keçirilib və sadə, kiçik miqyasda təşkil olunub.

Cütlüyün dörd övladı var. Makqreqor və Devlin 2008-ci ildə gecə klubunda tanış olublar. Döyüşçünün sözlərinə görə, onlar dərhal ortaq mövzular tapıblar. Devlin isə Makqreqorun peşəsi ilə xüsusilə təsirləndiyini bildirib. 2020-ci ildə Makqreqor Devlinə evlilik təklifi edib.

Makqreqorun son döyüşü ABŞ-lı Dastin Pori ilə UFC 264 turnirində baş tutub. Görüş birinci raundda başa çatıb və irlandiyalı idmançı ayaq sınığı alıb.

Qeyd olunur ki, Devlin ilə münasibətləri dövründə Makqreqor iki dəfə seksual zorakılıq ittihamı ilə üzləşib. 22 noyabr 2024-cü il tarixində Makqreqor 2018-ci ildə Nikita Ni Laymhin adlı tanışını zorlaması ilə bağlı işdə günahkar bilinib. 2023-cü ildə isə Makqreqora NBA final matçında zorakılıq ittihamı irəli sürülüb.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
14
1
milli.az

2Источники