RU

Erməni əsilli senator axtarışa verildi

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada erməni əsilli keçmiş senator axtarışıla verilib.Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Saytin əldə etdiyi sənədlərə görə, fırıldaqçılıqda ittiham olunan keçmiş məmur Aleksandr Ter-Avanesov qiyabi olaraq federal axtarışa verilib.Ter-Avanesov qondarma Donetsk Xalq Respublikasının ("DXR") keçmiş tikinti "naziri"nin müavini Yuliya Mervayezovaya qarşı hərbi obyektlərin tikintisi üçün dövlət müqavilələri ilə bağlı qaldırılmış iş üzrə fırıldaqçılıqda ittiham olunur. Agentlik tərəfindən yayılan sənədlərə görə, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə külli miqdarda törədilmiş fırıldaqçılıq) ilə ittiham olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
2
demokrat.az

7Источники