RU

Avtomobilin qapısının açıq qoydu, bank kartı oğurlandı

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının Nəsimi rayon sakini polisə müraciət edərək ona məxsus “Hyundai” markalı avtomobildən pul və bank kartının talanmasını bildirib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Bayramov saxlanılıb. Araşdırmalarla onun avtomobilin qapısının açıq olmasından istifadə edərək talama cinayəti törətdiyi məlum olub. Bununla kifayətlənməyən E.Bayramov oğurladığı bank kartından da 479 manatı çıxararaq talayıb. 

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
3
yenisabah.az

7Источники