RU

Qubada oğul atasının pullarını oğurlayıb xərclədi

Qubada atasının 7300 dollarını oğurlayan şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, rayonda evdən 7300 dolların oğurlanması ilə bağlı polisə müraciət edilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı vəsaiti götürən şəxsin ailənin yeniyetmə üzvü olduğu müəyyən edilib. O, ifadəsində pulları oğurladığını və xərclədiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
34
10
unikal.az

10Источники