RU

Matça doğru: “Şamaxı”da 1, “Zirə”də 4 itki 

Misli Premyer Liqasının XV turunda “Şamaxı” doğma meydanda “Zirə”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi ev sahibi komandada cəzalı futbolçu yoxdur. Yalnız Andrey Tirkiveanu zədə səbəbindən oyunu kənardan izləyəcək.

“Zirə”də isə itkilər daha çoxdu. İssa Cibrila, Davit Volkov, Stefan Aka və Brahim Konate zədə səbəbindən “Şamaxı” ilə səfər matçını buraxacaq.

Qeyd edək ki, “Şamaxı” – “Zirə” qarşılaşması dekabrın 13-də keçiriləcək. 

Избранный
14
idmanxeber.az

1Источники