RU

Hansı tibb işçiləri sertifikasiyaya cəlb edilmirlər?

Davamlı Peşəkar İnkişaf üzrə bu kreditləri toplayan tibb mütəxəssislərinə sertifikasiya şəhadətnaməsi Tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzi tərəfindən verilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhadətnamə 5 (beş) il müddətinə etibarlıdır. Tibb mütəxəssisləri şəhadətnaməni şəxsi kabinetlər vasitəsilə əldə edirlər.

Tibb mütəxəssisinin soyadı adı atasının adı dəyişdikdə, şahadətnamənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə tibb mütəxəssisi şəhadətnamənin dəyişdirilməsi üçün elektron qaydada bu halın baş verdiyi və ya aşkar edildiyi gündən 1(bir) ay müddətində Mərkəzə müraciət etməlidir.

Избранный
32
1
cebheinfo.az

2Источники