RU

Azərbaycanda ictimai iaşə dövriyyəsi 13 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 488,8 milyon manat olub.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8 % çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 %-i hüquqi şəxslərin, 48,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 % artaraq 1 milyard 263 milyon manat olub.

Избранный
21
2
far.az

10Источники