RU

"Azərişıq" və "Azərenerji"də Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Dekabrın 12-də “Azərişıq” və “AzərEnerji” ASC-lərin kollektivləri Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

“Azərişıq” ACS-dən Trend-ə verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib.

Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər "Azərişıq" və "Azərenerji" ASC-lərin Naxçıvan, Qarabağ və digər regional idarələrində də keçirilib.

Избранный
59
9
turkic.world

10Источники