RU

Premyer Liqa: “Turan Tovuz” “Sabah”la qarşı-qarşıya

BAKI, 13 dekabr. TELEQRAF

BAKI, 13 dekabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Şamaxı" və "Zirə" komandaları üz-üzə gələcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.

Hazırda "qartallar" 14 oyundan 27 xalla turnir cədvəlinin 3-cü, "şirlər" isə 17 xalla 7-ci pilləsində qərarlaşıb.

Günün növbəti oyunu "Turan Tovuz" və "Sabah" arasında baş tutacaq. Tovuz şəhər stadionunda keçiriləcək matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Hazırda Tovuz təmsilçisi 13 oyundan 24 xalla turnir cədvəlinin 5-ci, “bayquşlar” isə 28 xalla 2-ci pilləsində qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XV tur
13 dekabr
14:00. “Şamaxı” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu

16:30. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu

Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.

Избранный
54
11
teleqraf.com

10Источники