RU

Boliviyanın eks-prezidenti 5 aylıq həbs olundu

BAKI, 13 dekabr. TELEQRAF

Boliviya məhkəməsi ölkənin sabiq prezidenti Luis Arseni korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində beş ay müddətinə əvvəlcədən həbsdə saxlamaq barədə qərar verib.

Teleqraf xəbər verir ki, bu məlumatı "El Deber" qəzeti yayıb.

Prokurorluq Arseni məhkəmə dinləmələrinə qədər nəzarətdə saxlamağı tələb edib. Onların sözlərinə görə, keçmiş dövlət başçısının qaçmaq və ya istintaqa mane olmaq riski var.

Luis Arse çərşənbə günü yerli əhali üçün yaradılmış İnkişaf Fondunda korrupsiya şübhələri ilə bağlı saxlanılıb. İstintaq onun iqtisadiyyat naziri olduğu dövrdə (2006-2019) fondun vəsaitlərinin qanunsuz şəkildə özəl şəxslərin hesablarına köçürüldüyünü iddia edir. Arse isə ittihamları siyasi motivli adlandırır.

Arse Boliviyaya 2020-ci il 8 noyabr-2025-ci il 8 noyabr tarixlərində rəhbərlik edib.

Избранный
122
teleqraf.com

1Источники