Babək rayonunun Kültəpə kəndində yas mərasimində kütləvi zəhərlənmə baş verib.
Məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkimi-infektsionisti Tahirə Məmmədova KİV-ə bildirib ki, Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Onlardan səkkizində dəm qazına xas olan əlamətlər müşahidə edilib.
O qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və müşahidə altında saxlanılıb. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb.
ZÜMRÜD