RU

Rustem Umerov ABŞ də gizli görüşlər keçirib

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel və onun müavini Con Boncino son həftələrdə ABŞ-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla bir sıra görüşlər keçiriblər.

Gununsesi.info bildirir ki, bu barədə məlumatı “The Washington Post” qəzeti mənbələrə istinadən verib.

Qeyd olunur ki, Umerov son bir neçə həftə ərzində ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkof və digər amerikalı nümayəndələrlə Ukraynada münaqişənin həlli məsələləri üzrə məsləhətləşmələrdə iştirak etmək üçün Florida ştatının Mayami şəhərinə səfər edib.

Mənbələrin açıqladığına görə, ABŞ-də olarkən Umerov FTB-nin direktoru Patellə və onun müavini ilə də qapalı qapılar arxasında görüşlər keçirib.

Bildirilir ki, bu görüşlər Qərb ölkələrinin məmurlarında narahatlıq doğurub, onlar hələ də bu görüşlərin hansı məqsədlə keçirildiyini bilmirlər.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
3
icma.az

10Источники