RU

Ceki Çan film çəkilişləri üçün Xəzər sahillərini seçdi

Çinli aktyor Ceki Çan və Qazaxıstanlı rejissor Robert Kun "Tanrının zirehi" filminin dördüncü hissəsinin çəkilişləri üçün Qazaxıstanın cənub-qərbindəki Mangistau bölgəsini seçiblər .

Ölkə.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan mediası yayıb.

Regional administrasiyanın məlumatına görə, dünyaca məşhur ulduz Ceki Çan və filminin rejissoru Robert Kun Mangistau şəhərini yeni böyük film layihələri üçün əsas məkan kimi rəsmi olaraq təsdiqləyiblər. Səfər zamanı layihə nümayəndələri bölgənin təbii və infrastruktur potensialı haqqında məlumat əldə edib, onlarla potensial məkanı ziyarət edib və əsas təbii yerlərin ətraflı yoxlanışını aparıblar.

Qeyd olunur ki, seçim  "bölgənin unikal mənzərələri, genişmiqyaslı panoramaları və təbii orijinallığı səbəbindən" edilib. Bölgə qərbdən Xəzər dənizi ilə həmsərhəddir.

Leyla
 

Избранный
36
1
olke.az

2Источники