“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 16-cı turunda “Kristal Pelas”la oyundan əvvəl keçiriləcək mətbuat konfransında iştirak etməyəcək.
Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis şəxsi səbəblərə görə media qarşısına çıxmayacaq. Mətbuat konfransında Qvardiolanı onun köməkçisi Kolo Turе əvəz edəcək.
Klub həmçinin bildirib ki, Qvardiola qarşıdakı oyunda komandanı idarə edə biləcək.