RU

Azərbaycanda yas mərasimində 20-dən çoxa adam zəhərləndi - YENİLƏNİB

"Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub".

Hakimiyyet.az xəbər verir ki, bu barədə Naxçıvanın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, aparılmış tibbi müayinələr nəticəsində onların 8 nəfərində dəm qazından zəhərlənmə halları təsdiqlənib:

"Bütün pasiyentlərə zəruri tibbi müdaxilələr göstərilib, vəziyyətləri hərtərəfli qiymətləndirilib. Zərərçəkənlər arasında ağır vəziyyətdə olan şəxs qeydə alınmayıb.

Səhhəti stabilləşmiş şəxslər ambulator nəzarətə buraxılıb, hazırda mərkəzdə stasionar müalicə alan pasiyent yoxdur".

***

Naxçıvanda qazdan kütləvi zəhərlənmə olub.

Hakimiyyet.az xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.

Belə ki, yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib.

Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.(apa)

Избранный
24
2
hakimiyyet.az

3Источники