RU

Gözdən düşən qapıçı ''Fənərbaxça''dan ayrılmağa yaxındı

''Fənərbaxça''da belə desək, qapıçıların sıralaması dəyişib.

"Football-plus.az" xəbər verir ki, mövsümün əvvəlində 3-cü qapıçı statusunda transfer edilən Tarık Çətin məşqlərdəki performansı və istəkli olması ilə önə çıxıb. O artıq ikinci qapıçı statusundadı. İrfan Can Eğribayat isə artıq gözdən düşüb. Halbuki bu qapıçı ötən mövsüm Joze Mourinyonun dönəmində inamlı oyunu ilə diqqət çəkmiş və bəzi aylarda Dominik Livakoviçi kölgədə qoyaraq birinci qapıçı kimi çıxış etmişdi. Bu yay Edersonun transfer edilməsini ardından İrfan Can mövsümə ikinci qapıçı kimi başladı və şans qazandığı oyunlarda ümidləri doğrulda bilmədi.

27 yaşlı əlcək sahibi xüsusilə ''Alanyaspor''la ev matçının (2:2) son saniyələrində kobud səhvə yol verərək xal itkisinin başlıca səbəbkarı oldu. 2022-nin yayından ''sarı-lacivərdlilər''in şərəfini qoruyan İrfan Can hazırda klubda 3-cü qapıçıdı və onun qışda ayrılması gündəmdədi.

Yağız Sabuncuoğlunun xəbərinə görə İrfan Cana görə ''Fənər''ə Polşadan rəsmi təklif gəlib. Amma təklif göndərən klubun adı açıqlanmır. Qeyri adi bir şey baş verməsə təcrübəli qapıçı qışda ayrılacaq və ''Fənərbaxça'' yeni əlcək sahibi almalı olacaq. ''Fənər''lə 2027-yə qədər müqaviləsi olan Eğribayat bu mövsüm 3-ü ÇL-in təsnifatında və 3-ü superliqada olmaqla 6 qarşılaşmada forma geyib. Bu oyunlarda 7 qol buraxıb.

Избранный
15
1
football-plus.az

2Источники