RU

Yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib

Naxçıvan Muxtar Respublikasında (MR) 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.

NOCOMMENT.az-ın yerli bürosunun məlumatına görə, hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.

İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Избранный
50
2
nocomment.az

10Источники