RU

Tanınmış britaniyalı yazıçı vəfat edib

Bakı. Trend:

Britaniyanın tanınmış yazıçısı Coanna Trollop 82 yaşındadünyasını dəyişib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Yazıçının qızları Luiza və Antoniya mətbuata açıqlamalarındabildiriblər ki, analarının son günlərini Oksfordşirdəki evindəhüzur içində keçirdiyini bildiriblər. Yazıçının ölüm səbəbidəqiqləşdirilmir.

Vida mərasiminin tarixi və yeri sonradan açıqlanacaq.

Trollop öz yaradıcılığında Mərkəzi İngiltərədə romantika vəintriqalar mövzularını qaldırırdı. Onun ən məşhur əsərləri arasında“Pastor Hardingin qızı”, “Rektorun həyat yoldaşı”, “Məşuqə iləevlilik” və “Gəlinlər” romanları göstərilir.

Yazıçının kitabları 25-dən çox dilə tərcümə edilib və onlarınbəziləri televiziya üçün ekranlaşdırılıb.

Məqalədə:
Избранный
39
az.trend.az

1Источники