RU

Əbülfəz Qarayevin babası ilə bağlı arxiv sənədləri yayıldı: Soyadı... FOTOLAR

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Keçmiş mədəniyyət nazirimiz Əbülfəs Qarayevin qızı Şuşada Qarayeva Azərbaycan ədəbiyyatının klassiklərindən olan Məhsəti Gəncəvi haqqında aşağılayıcı bir film çəkib. O, özlüyündə Məhsəti xanım haqqında həqiqətləri göstərdiyini düşünür...

Düz deyiblər ki, ot kökü üstündə bitər. Nazir ata xalqımızın mədəniyyətinə necə qulluq göstəribsə (yalnız kitabxanaları məhv etdiyini xatırlatmaq yetərlidir), onun milli duyğulardan məhrum qızı da o yolla gedib.Bu “həqiqətpərəst” nəsil haqqındakı bir gerçəklə dəyərli feysbukdaşlarımı tanış edəcəyəm".

"Cebheinfo.az" xəbər verir ki,  bunu professor Ədalət Tahirzadə sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, Odessa Vilayəti Dövlət Arxivində keçmiş nazir Əbülfəs Qarayevin babası, Odessadakı Novorossiya Universitetinin tibb fakültəsini bitirmiş Əbülfəzl Fərəcullah oğlu Hacıqarayevin (1884-1952) tələbə şəxsi işi saxlanılır" "Buradakı sənədlərdən aydınlaşır ki, onun atası 1893-cü il doğumlu Fərəcullah Hacı Qara oğludur. Əbülfəzl Qarayevin ilkin sənədlərinin, demək olar ki, hamısında onun soyadı “HACI-QARAYEV” yazılıb Sənədlərin surətlərini aşağıda təqdim edirəm. 

Əlbəttə, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərindən sonra özlərini “Hacıqarayev” adlandırmağa utanan Əbülfəzl və övladları özlərini sadəcə “Qarayev” adlandırıblar.Soyadlarına “Hacı Qara” adını rəva görməyənlər, bundan utananlar bir millətin klassikini ləkələməkdən utanmadılar!"

Xəzər

"Cebhe.info"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
14
cebheinfo.az

10Источники