RU

“Aİ ABŞ-ın suverenliyi pozmasını qəbul etmir, amma özü də eyni şeyi edirdi” - Kobaxidze

“Bu gün ABŞ-ın mövcud administrasiyası Avropadakı prosesləri keçən il bizim etdiyimiz kimi qiymətləndirir. Bu, Avropa bürokratiyasının xoşuna gəlmir. Onlar indi suverenlik prinsipini xatırlayıblar, yəni başqa ölkələrin daxili işlərinə kənardan müdaxilə etməyin yolverilməz olduğunu qeyd edirlər. Halbuki Avropa bürokratiyası Gürcüstana qarşı bu suverenlik prinsipini hər gün pozurdu”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Kobaxidze qeyd edib ki? burada ikili standartlar açıq görünür: “ABŞ administrasiyası hazırda Avropa İttifaqında gedən prosesləri dəqiq qiymətləndirir, son illər ərzində bizim qiymətləndirməmiz də eyni idi”.

Bizim.Media

Избранный
25
2
bizim.media

3Источники