RU

Lavrov Trampın sülh planının yeddi əsas maddəsini rədd etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ukrayna üzrə 28 maddədən ibarət sülh planının yeddi əsas bəndini faktiki olaraq rədd edib.

NOCOMMENT.az xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutu (ISW) bu barədə məlumat yayıb.

Məsələ, xüsusilə, döyüş xəttinin dondurulması, Zaporojye AES üzərində MAAQİ-nin nəzarəti, Ukrayna üçün təhlükəsizlik zəmanətləri və suverenliyin təsdiqi ilə bağlıdır.

ISW məlumatına görə, Moskva bunun əvəzinə 2021-ci ilin dekabrında verilmiş ultimatumlara geri dönməyi təklif edir ki, bu da NATO-nun genişlənməsinə və hərbi iştirakına məhdudiyyətlər qoyulmasını nəzərdə tutur.

Analitiklər bildirirlər ki, Lavrovun “irəliləyiş” və ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması barədə açıqlamalarına baxmayaraq, Kremlin danışıqlardakı mövqeyi 2025-ci ildə dəyişməyib.

Избранный
57
nocomment.az

1Источники